Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillərin təsirindən sürüşmə prosesində nisbi aktvlik qeydə alınmayıb, amma yamacın aşağı hissəsində qrunt sularının yer səthinə çıxışı izlənilir. Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillərin təsirindən sürüşmə prosesində nisbi aktvlik qeydə alınmayıb, amma yamacın aşağı hissəsində qrunt sularının yer səthinə çıxışı izlənilir.

Abşeronun sürüşmə sahəsində qrunt suları yer səthinə çıxdı

Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillərin təsirindən sürüşmə prosesində nisbi aktvlik qeydə alınmayıb, amma yamacın aşağı hissəsində qrunt sularının yer səthinə çıxışı izlənilir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Binəqədi rayonu Binəqədi 1-ci yaşayış sahəsində əraziyə düşən atmosfer yağıntıları və texnogen amillərin təsirindən subasma prosesinin dinamikasında aktivlik müşahidə edilib.

Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsində, "Savalan" və "Daş karxanası" yaşayış massivlərində, Zabrat-Məhəmmədi subasma sahəsində, Xəzər rayonunun Qala qəsəbəsində subasma sahəsində nisbi aktivlik qeydə alınıb.