Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı - Fotolar

Təhsil naziri Ceyhun Bayramov içərisində 5 min manat olan pulqabını taparaq sahibinə qaytaran məktəbli Abbasov İdris Faiq oğlunu mükafatlandırıb.

AzNews.az Nazirliyn mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin 8-ci sinif şagirdi İ.Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə verib.