Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb. Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

Birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı - Bakıda

Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

"Report"un xəbərinə görə, bu barədə uşağın valideyni Xanım Əliyeva öz facebook səhifəsində məlumat yayıb.

X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva facebook-da məlumat yayaraq qızının döyülməsi nəticəsində alnının şişdiyini bildirnişdi.

AzNews.az