“Biz fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik”. “Biz fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik”.

“Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - “ASAN Xidmət”in yeni sədri (Foto + Video)

“Biz fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik”.

AzNews.az xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki, Dövlət Agentliyinə sədr təyin olunana qədər bu qurumda sədr müavini vəzifəsində çalışıb: “ASAN Xidmət”in cənab Prezident tərəfindən müəyyən olunmuş prinsipləri var: şəffaflıq, operativlik, məsuliyyət, nəzakətli davranış. Biz bu prinsiplərə əməl etməklə olduğumuz yerdən “ASAN Xidmət”in fəaliyyətinə davam edəcəyik”.

Ü.Mehdiyev qeyd edib ki, hazırda ölkə ərazisində 13 “ASAN Xidmət” mərkəzi var: “Mərkəzlərin 8-i regionlarda, 5-i Bakıdadır. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”.