Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib. Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Nazirlikdən körpələr evi ilə bağlı açıqlama - “Görüntülər təhrif edilib”

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

"Report"un xəbərinə görə, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, aparılan araşdırmaların nəticəsində görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub.

Onun sözlərinə görə, görüntülər təhrif edilib: "Görüntülərdən aydın olur ki, Körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezleri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb".

AzNews.az