- Köhnə - Cəmiyyət
- 3 May 2018 14:54
- 10 508
Nazir Umayra Tağıyevaya vəzifə verdi
Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Report-a bildirib ki, U.Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji təbliğat şöbəsində işləyəcək.
Onun sözlərinə görə, U.Tağıyeva nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işləri ictimaiyyətə çatdıracaq: "Bəli, bundan sonra Umayra Tağıyeva hava proqnozu, atmosfer havasında, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".
AzNews.az