Azərbaycanlı aparıcı xərçəngdən əməliyyat olundu

Tanınmış aparıcı və vəkil Zülfiyyə Bayramova əməliyyat olunub.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda o, sosial media hesabında məlumat verib.

Bayramova bildirib ki, mədəsində şiş olduğu üçün əməliyyat olunub:

“Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni ondan xilas edəcəyini deyən gülərüz həkim çıxır. Heç bir xəstəlikdən qorxmayın. Xəstəlik it kimidir, qorxsan, üstünə gələcək, üstünə getsən, qaçacaq. Ağır onkoloji əməliyyatım dörd saat çəkdi”.

Qeyd edək ki, Z.Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.