"Tikinti, əməyin mühafizəsi qaydalarının pozulması və istehsalatda baş verən insan tələfatları, onların sağlamlığına zərər vurulması ilə nəticələnən qəzalarla bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilib, rayon prokurorluqlarında bu kimi işlər üzrə süründürməçilik hallarına yol verildiyi müəyyən edildiyi hallarda həmin işlərin şəhər prokurorluğunun İstintaq İdarəsində davam etdirilməsi təmin edilməklə vətəndaşların haqlı narazılıqlarına son qoyulub". "Tikinti, əməyin mühafizəsi qaydalarının pozulması və istehsalatda baş verən insan tələfatları, onların sağlamlığına zərər vurulması ilə nəticələnən qəzalarla bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilib, rayon prokurorluqlarında bu kimi işlər üzrə süründürməçilik hallarına yol verildiyi müəyyən edildiyi hallarda həmin işlərin şəhər prokurorluğunun İstintaq İdarəsində davam etdirilməsi təmin edilməklə vətəndaşların haqlı narazılıqlarına son qoyulub".

"Süründürməçiliyə yol verildiyi halda bununla bağlı tədbirlər görülüb"

"Tikinti, əməyin mühafizəsi qaydalarının pozulması və istehsalatda baş verən insan tələfatları, onların sağlamlığına zərər vurulması ilə nəticələnən qəzalarla bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilib, rayon prokurorluqlarında bu kimi işlər üzrə süründürməçilik hallarına yol verildiyi müəyyən edildiyi hallarda həmin işlərin şəhər prokurorluğunun İstintaq İdarəsində davam etdirilməsi təmin edilməklə vətəndaşların haqlı narazılıqlarına son qoyulub".

"Report" xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov bildirib. Onun sözlərinə görə, bundan başqa, paytaxtın rayon prokurorluqlarında və polis orqanlarında mülki xarakterli işlər üzrə əsassız olaraq cinayət işlərinin başlanmasının, şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaq məqsədilə bu növ materiallar şəhər prokurorluğunda müzakirə edildikdən sonra müvafiq qərar qəbul edilib. İ.Abbasov qeyd edib ki, son illərdə prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən, informasiya-kommunikasiya vasitələrinin tətbiqinin yaratdığı geniş imkanlardan istifadə edilməsi, İKT tətbiqi dairəsinin daha da genişləndirilməsi fəaliyyətimizin səmərəliliyini daha da artırıb: "Bakı Şəhər Prokurorluğunda və tabe rayon prokurorluqları üzrə müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən hərtərəfli istifadə edilir. O cümlədən Baş Prokurorluq tərəfindən hazırlanmış “Elektron sənəd dövriyyəsi” və “Elektron cinayət” proqramları hazırda Bakının bütün prokurorluq orqanlarında uğurla tətbiq olunur".

AzNews.az