Son vaxtlarda daxilində 2 ədəd sarısı olan yumurtalara bazarlarda və dükanlarda tez-tez rast gəlinir. Son vaxtlarda daxilində 2 ədəd sarısı olan yumurtalara bazarlarda və dükanlarda tez-tez rast gəlinir.

Yumurta bazarında yeni tendensiya - İki sarılı yumurta necə olur? (Foto + Video)

Son vaxtlarda daxilində 2 ədəd sarısı olan yumurtalara bazarlarda və dükanlarda tez-tez rast gəlinir.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu yumurtalar xüsusi şəraitində yetişdirilən toyuqlardan əldə edilir ki, satıcılar bu yumurtalara marağın böyük olduğunu deyirlər.

Qiyməti digər yumurtalardan cüzi fərqlənir, amma 2 dənə sarısı var.

Son vaxtlarda bazarlarda və mağazalarda 2 sarılı yumurtaların satışı artıb. Satıcıların sözlərinə görə, bu yumurtalar fabrik şəraitində yetişdirilən toyuqlardan əldə edilir.

Qiyməti də digər yumurtalardan 2-3 qəpik fərqlənir. Daxilində 2 ədəd sarısı olan yumurta 14 qəpiyə satılır. Satıcıların sözlərinə görə, bu yumurtalara maraq kifayət qədər çoxdur.

Alıcılar da bu yumurtaların dadının digərindən fərqlənmədiyini, qənaət cəhətdən də çox sərfəli olduğunu deyirlər.

Satıcılar bu yumurtalarda heç bir kimyəvi qatqının olmadığını bildirirlər.