Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb. Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə çalışan 10 nəfər saxlanıldı - Aralarında Azərbaycan vətəndaşı da var

Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.

AzNews.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında 1 Azərbaycan vətəndaşı da var.

Azərbaycan vətəndaşı 3 Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.