Cəlilabadda gəmiricilər təsərrüfata ziyan vurdu - Məhsuldarlıq düşə bilər? (Video)

Cəlilabad rayonunda gəmiricilər noxud sahələrinə ziyan vurub.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, havalar isinməyə başlayandan bəri gəmiricilər fermerlərə qənim kəsilib.

Yazın gəlişindən bəri daha da aktivləşən zərərvericilər sahələrdəki noxud kollarının gövdəsini kök hissədən qıraraq yararsız hala salır.

Cəlilabad rayonunun Sərhədabad, Abışabad və Adnalı kəndlərində noxud əkinlərinin bır çox hissəsinə gəmricilər ziyan vurub.

Kəndlilər qabaqlayıcı vasitə kimi gəmiricilər əleyhinə müxtəlif dəman preparatlarından istifadə etsələr də, bunun faydası olmayıb. Əksinə, son günlər havaların isinməsi ilə siçanabənzər gəmiricilərin sayı sahələrdə daha da çoxalıb. Torpaq sahibləri vəziyyət belə davam edərsə noxud sahələrində məhsuldarlığın hiss olunacaq dərəcədə aşağı ola biləcəyindən narahatdırlar.

Rayon kənd təsərrüfatı idarəsindən bildirildi ki, onlara müraciət edən bir çox şəxlərə təsərrüfatlardakı gəmiricilərə qarşı pulsuz dərman vastələri verilib. Hazırda bu çətinliklə qaşılaşan hər bir fərdi təsərrüfat sahibi müraciət etməklə dərman vastələri ala bilər.

Videomaterialı sizə təqdim edirik: