Sabirabadda faciədə ölənlər iki ailənin üzvləridir: “Kənd bir-birinə dəyib”

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Şəhriyar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisədə dünyasını dəyişənlər iki ailənin üzvləridir:

“Qəzada ölənlər qohumdurlar, bir nəsildəndirlər. Bir ailədən ana və iki qızı, ikinci ailədən isə ana, qızı və gəlini dünyasını dəyişib. Bir azdan dəfn olunacaqlar. Bütün kənd bir-birinə dəyib”.

Qeyd edək ki, Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfər dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az