Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyev qətlə yetirilib. Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyev qətlə yetirilib.

Gürcüstanda meşədə azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyev qətlə yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Seyidqocalı kənd sakini olan N. Vəliyevin meyitini səhər saatlarında kəndin çobanı meşədə tapıb.

Gəncin küt alətlə başından vurularaq qətlə yetirildiyi ehtimal olunur. Yayılmış digər məlumata əsasən, N.Vəliyev ov tüfəngi ilə qətlə yetirilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

AzNews.az