- Köhnə - Cəmiyyət
- 7 May 2018 20:08
Goranboy Rayon Məhkəməsinə yeni hakim təyin edildi

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir İlham oğlu Mayılovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, S.Mayılov Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.