Saatlıda məktəbdə baş verən ölüm hadisəsinin bəzi detalları məlum olub. Saatlıda məktəbdə baş verən ölüm hadisəsinin bəzi detalları məlum olub.

Şagirdin ölüm səbəbi bilindi - “2 saat sonra məktəbdən meyiti gəldi...”

Saatlıda məktəbdə baş verən ölüm hadisəsinin bəzi detalları məlum olub.

Sarıcalar kənd sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, Yəhya Ağayev məktəbdə su içdiyi yerdə dünyasını dəyişib:

“Yəhya 8-ci sinif şagirdidir. Bu gün səhər ailəsi onu məktəbə yola salıb. Aradan 2 saat keçəndən sonra meyiti ailəsinin üstünə gəlib. Deyilənə görə, Yəhya məktəbdə su içdiyi yerdə başı fırlanıb, yıxılıb. Elə oradaca da keçinib... Uşağın səhhətində hər hansı problem də olmayıb. Olsaydı, kənddə eşidərdik. Kasıb ailədirlər, atası başdaşı sexində fəhlə işləyir”.

Qeyd edək ki, Saatlı rayonunda məktəbdə ölüm hadisəsi baş verib. Rayonun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Yahya Eldar oğlu Ağayev məktəbdə dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az