Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Mirhəsən Vəzirov küçəsinin adının dəyişdirilməsi barədə qərar qəbul olunub. Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Mirhəsən Vəzirov küçəsinin adının dəyişdirilməsi barədə qərar qəbul olunub.

Azərbaycanlı kommunistin adı Tiflisdən silinir

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Mirhəsən Vəzirov küçəsinin adının dəyişdirilməsi barədə qərar qəbul olunub.

APA-nın məlumatına görə, M. Vəzirov küçəsinə 1918-ci ildə Gürcüstan parlamentinin sədri olmuş Nikoloz Çxeidzenin adı veriləcək.

Tbilisi Sakrebulosunun qərarına əsasən Gürcüstan Demokratik Repsublikasının yaranmasının 100 illiyi ərəfəsində paytaxtda ümumilikdə 15 küçənin adı dəyişdiriləcək və onlar respublikanın yaradılmasında rol oynamış şəxsiyyətlərin şərəfinə adlandırılacaq.

Qeyd edək ki, Mirhəsən Vəzirov Şuşada anadan olmuş 26 Bakı komissarından biri olub.

AzNews.az