Bakı Olimpiya Stadionunun yanında, aeroport yolunun altından keçən yeni tunel Ziya Bünyadov prospekti ilə gedən avtomobillərin, aeroport və Zabrat, Maştağa istiqamətində hərəkətini xeyli asanlaşdıracaq. Həmçinin "Koroğlu" metrosu ətrafında sıxlıq və tıxac yaranmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq. Amma tunel yeni açıldığına görə sürücülər diqqət etməlidir ki, orada səhv edib cərimə olunmasınlar. Bakı Olimpiya Stadionunun yanında, aeroport yolunun altından keçən yeni tunel Ziya Bünyadov prospekti ilə gedən avtomobillərin, aeroport və Zabrat, Maştağa istiqamətində hərəkətini xeyli asanlaşdıracaq. Həmçinin "Koroğlu" metrosu ətrafında sıxlıq və tıxac yaranmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq. Amma tunel yeni açıldığına görə sürücülər diqqət etməlidir ki, orada səhv edib cərimə olunmasınlar.

Sürücülərin diqqətinə - Yeni yolda qaydalar dəyişib, cərimələnə bilərsiniz (Video)

Bakı Olimpiya Stadionunun yanında, aeroport yolunun altından keçən yeni tunel Ziya Bünyadov prospekti ilə gedən avtomobillərin, aeroport və Zabrat, Maştağa istiqamətində hərəkətini xeyli asanlaşdıracaq. Həmçinin "Koroğlu" metrosu ətrafında sıxlıq və tıxac yaranmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq. Amma tunel yeni açıldığına görə sürücülər diqqət etməlidir ki, orada səhv edib cərimə olunmasınlar.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, yeni tunel istifadəyə veriləndən sonra aeroport yolundan Zabrata, Mastağaya və o istiqamətə dönmək üçün hərəkət sxemi ciddi şəkildə dəyişdirilib.

Əsas dəyişiklik ondan ibarətdir ki, Koroğlu nəqliyyat qovşağından keçərək Zabrata, Maştağaya getmək istəyənlər əvvəlki kimi Sabunçu qovşağındakı körpünün yanından sağa dönə bilməyəcəklər.

Bundan başqa, sürücülər buna da diqqət etməlidir ki, tunelin çıxışından sonra aeroport yolunun əsas hissəsi ilə düzünə gedən nəqliyyat vasitələrinin tunelin çıxışı istiqamətində sağa dönməsi və körpünün üstünə qalxması qadağan olunub.

Sürücülər nəzərə almalıdır ki, burada aeroport yolunun bəzi yerlərində olduğu kimi, qoşa xətt deyil, standarta, qanunvericiliyə uyğun olaraq 1.11 nişanlanma xətti çəkilib. Həmin 1.11 nişanlanma xətti tunelin çıxışını keçdikdən sonra aeroport yolunun əsas hərəkət hissəsindən sağa yerdəyişməni qadağan edir.

Lakin tuneldən çıxanların sola yerdəyişmə edərək aeroport istiqamətində hərəkətlərini davam etməsinə icazə verilir. Bu isə sürücülərin işini asanlaşdırmaqla yanaşı bu yolda tıxacı da aradan qaldıracaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı sizə təqdim edirik: