Çaylarda sululuq səviyyəsi açıqlanıb Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 445 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 108 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 166 m3/s təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.
Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, mayın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma qeyd alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2017-ci il mayın 07-də 360 sm), Şirvanda 173 sm (2017-ci il mayın 07-də 207 sm), Salyanda 99 sm (2017-ci il mayın 07-də 135 sm), Bankədə 167 sm (2017-ci il mayın 07-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2017-ci il mayın 07-də 57 sm) təşkil edib.