“Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski dəfn olunub. “Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski dəfn olunub.

Rauf Talışinski dəfn edildi - Yenilənib

“Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski dəfn olunub.

"Report"un xəbərinə görə, tanınmış jurnalist bu gün Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Talışinskinin yaxınları ilə yanaşı, dostları, mətbuat və ictimaiyyət nümayəndələri də iştirak edib.

Qeyd edək ki, R.Talışinski ötən gün 62 yaşında vəfat edib. O, infarkt keçirib və dünyasını dəyişib.

R.Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

R.Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru idi. R.Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

***

14:55

Bakıda Təzəpir məscidində mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, tanınmış qələm sahibi "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Ötən gün respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.

1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən "Ayna-Zerkalo" qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu "Exo" qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.

AzNews.az