- Köhnə - Cəmiyyət
- 11 May 2018 16:18
- 4 988
Əfv Komissiyası növbəti dəfə toplandı
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxılıb.
Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.