- Köhnə - Cəmiyyət
- 11 May 2018 18:35
- 8 605
Prezident Administrasiyasına yeni şöbə müdiri təyin edildi
İlham Əliyev Prezident Administrasiyasına yeni şöbə müdirinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.