- Köhnə - Cəmiyyət
- 12 May 2018 09:51
- 6 160
Xəzərin Aralın taleyini yaşamaması üçün işlər görülməlidir: AMEA
"Planetidə temperaturun istiləşməsi gələcəyin ən böyük problemidir".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir:
"Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır".