Bakıda Xəzər dənizi hövzəsinin tematik öyrənilməsinə dair beynəlxalq konfrans işə başlayıb

Mayın 12-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun və Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Azərtac xəbər verir ki, konfransın işində Azərbaycanla yanaşı, Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən tədqiqatçı alimlər iştirak edirlər.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, konfransda Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yolları araşdırılacaq, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Konfrans mayın 14-dək davam edəcək.

image description image description