"Bakı Marafonu - 2018"in kişi qalibi İqor Olifirenkonun peşəkar idmançı olduğu müəyyənləşib. "Bakı Marafonu - 2018"in kişi qalibi İqor Olifirenkonun peşəkar idmançı olduğu müəyyənləşib.

“Bakı Marafonu-2018”in qalibi Yay Olimpiya Oyunlarının iştirakçısı olub - Foto (Yenilənib)

"Bakı Marafonu - 2018"in kişi qalibi İqor Olifirenkonun peşəkar idmançı olduğu müəyyənləşib.

AzNews.az xəbər verir ki, bu barədə "Report"a idmançının özü məlumat verib.

O, bildirib ki, atletika üzrə Ukrayna yığmasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib və 13-cü yeri yeri tutub:

"Peşəkar idmançı olmaqla yanaşı müxtəlif marafonlara da qatılıram. Məsələn, Belarus marafonunun da qalibi olmuşam. Bakıda birinci yeri tutmaq gözəl hisdir. Təşkilatçılıq yüksək səviyyədədir".

Olifirenko 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəlik yarışın qalibi olub.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”in qalibi müəyyənləşib.

AzNews.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu 1 saat 6 dəqiqəyə qət edən Ukrayna vətəndaşı İqor Qlofrenko birinci olub.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

***
"Bakı Marafonu - 2018"in qadın qalibi də müəyyənləşib.

Qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub.

O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.

***
10:20

Dənizkənarı bulvarda "Küləyə qalib gəl" şüarı ilə keçirilən “Bakı Marafonu-2018” start götürdü.

AzNews.az xəbər verir ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilir.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin ekslüziv tərəfdaşı “AzercellTelekom” şirkətidir.

Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur.

“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

“Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldilir.

“Bakı Marafonu-2018”in mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək. O cümlədən, bütün marafon iştirakçılarına və marafon yarışının təşkilində dəstək göstərən könüllülərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Bakıda 2016 və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulub. Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak edib. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından ötən il Gəncə şəhərində də yarımarafon təşkil olunub.