Konfransda Azərbaycan prezidenti İlham Əliyev çıxış edib Konfransda Azərbaycan prezidenti İlham Əliyev çıxış edib

Bakıda beynəlxalq konfrans keçirilir

Konfransda Azərbaycan prezidenti İlham Əliyev çıxış edib



Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, konfransın açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Dövlət başçısı konfransda açılış nitqi ilə söyləyib.

Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış edib.

Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib.

BMT, Azərbaycan hökuməti və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər.

Konfrans martın 19-da başa çatacaq.