"Sınaq imtahanlarında 650-dən yuxarı bal toplayırdım" - 700 bal toplayan şagird

“700 bal topladığımı öyrənəndə çox sevindim. Müəllimlərim də, ailəm də məndən elə bu nəticəni gözləyirdi. Onların inamını doğrultduğuma görə çox xoşbəxtəm”.

AzNews.az xəbər verir ki, bu sözləri AzEdu.az saytına I ixtisas qrupu üzrə keçirilən ali məktəbə qəbul imtahanlarında maksimum bal toplayan Əsra Bayramova deyib. O, özündən bu nəticəni gözlədiyini bildirib:

“Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi olmuşam. Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarında 650-dən yuxarı bal toplayırdım. Amma qəbul imtahanında 700 bal toplayacağıma əmin idim. Hansı universiteti, fakültəni seçəcəyimi hələ ki, dəqiq bilmirəm. Bu barədə hələ fikirləşəcəm”.