- Köhnə - Cəmiyyət
- 24 May 2018 18:20
- 2 616
Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda 41 nəfər xarici vətəndaşının adı var.
AzNews.az Report-a istinadən xəbər verir ki, siyahıda Gürcüstan (11), Rusiya (6), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb.
Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.