Anar bu dəfə Ofeliya Sənanini dəyişdi - Video

Stilist Anar Ağakişiyev bu dəfə xalq artisti, məşhur teleaparıcı Ofeliya Sənaninin görünüşünü dəyişib.

AzNews.az xəbər verir ki, Anar budəfəki işini xalq artistinin doğum gününə həsr edib. O, "Canlı əfsanələr: Əvvəl/Sonra" layihəsinin sonuncu işini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edərək bitirdiyini bildirib.

Qeyd edək ki, Ofeliya Sənaninin dəyişimdən sonra makiyajı bəyənilsə də, saç düzümü İnstaqram izləyicilərinin bir çoxunun xoşuna gəlməyib.