- Köhnə - Cəmiyyət
- 29 May 2018 18:15
- 6 205
Qoyun və keçilərdə çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılır - - Fotolar
2018-ci ilin 4 ayı ərzində çiçək xəstəliyinə qarşı 1230606 baş davarda peyvəndləmə aparılıb.
AzNews.a-a Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iti yolucu xəstəliklərə, o cümlədən qoyun və keçilərin çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.
Çiçək iti gedişli virus xəstəliyidir. İntoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən çiçək xəstəliyinə görə epizootik vəziyyət sabitdir.