Bu gün Nəsimi rayon Məhkəməsində "MTN işi" üzrə zərərçəkmiş şəxs qismində tanınan Mətləb Mustafayevin iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu gün Nəsimi rayon Məhkəməsində "MTN işi" üzrə zərərçəkmiş şəxs qismində tanınan Mətləb Mustafayevin iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Eldar Mahmudovun məhkəməsi başladı

Bu gün Nəsimi rayon Məhkəməsində "MTN işi" üzrə zərərçəkmiş şəxs qismində tanınan Mətləb Mustafayevin iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Emin Mehdiyev bildirib ki, M. Mustafayevin imzası ilə Nəsimi rayon Məhkəməsinə üç iddia ərizəsi daxil olub.

M. Mustafayev sabiq milli təhlükəsizlik naziri, general polkovnik Eldar Mahmudov, general mayor Məzahir Yaqubov və MTN-in baş istintaq idarəsinin müstəntiqi olmuş Elşən Murtuzovla bağlı iddia qaldırıb.

Hər üç şikayət ayrı-ayrılıqda məhkəməyə daxil olduğu üçün ayrıca icraatlara verilib.

Eldar Mahmudov və Məzahir Yaqubova qarşı iddia ərizələri ayrı-ayrı icraatda hakim Emin Mehdiyevin icraatına, Elşən Murtuzovla bağlı iddia ərizəsi Rəşid Səmədovun icraatına verilib.

Hakim bildirib ki, hər üç şikayətin mahiyyəti eynidir və bu səbəbdən həmin işlərə ayrı-ayrı icraatlarda baxıla bilməz.

Sonra Eldar Mahmudovun vəkili Cavid Rzazadə bildirib ki, M. Mustafayevin müvəkkilinə qarşı iddia ərizəsi bundan əvvəl Yasamal rayon Məhkəməsində icraata götürülüb: “Həmin məhkəmədə iddiaçı Maliyyə Nazirliyinin də cavabdeh qismində tanınması barədə əlavə qeydlər verdi, işin baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsini istədi. Yasamal rayon Məhkəməsi iddia ərizəsini əvvəlcə qeydiyyat üzrə icraata götürüb, sonra da Nəsimi rayon Məhkəməsinə göndərməsini düşünmürdük. Amma əksi oldu, iş bu məhkəməyə göndərildi. Biz hesab edirik ki, bu da qanunsuzdur”.

Cavid Rzazadə qeyd edib ki, Mətləb Mustafayev bundan əvvəl Səbail rayon Məhkəməsində MTN-in Baş istintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevə qarşı iddia ərizəsi qaldırıb, məhkəmənin 10 may 2018-ci il tarixli qətnaməsi var: “Həmin qətnaməyə əsasən, Maliyyə Nazirliyi 5 min manat cərimə olunub. Bir iş üzrə ayrı-ayrı iddia ərizəsi icraata götürülməsi mümkün deyil. Bu səbəbdən bundan əvvəlki qətnamə nəzərə alınmalıdır və bu iddia ərizəsi icraata götürülməməlidir. İddiaçı indi ayrı-ayrı şikayətlər verib, hər kəsi günahkar biləcək”.

Hakim deyib ki, iddia ərizəsi üzrə araşdırma aparılandan sonra qətnamə elan ediləcək.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir. M. Mustafayev bu pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan almasını istəyir.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində, 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. İttihama görə, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

AzNews.az