Hansı aylarda anomal istilərin olacağı gözlənilir? - İlkin proqnoz (Video)

Bir neçə gündür ki, ölkə ərazisində hava şəraitinisbətən sərin keçir. Proqnozlar görə iyun ayının ilk ongünlüyü də belə sərin olacaq. Amma iyul avqust aylarında ölkə ərazisində anomal istilər müşahidə ediləcək.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, sərin havalar hələ bir neçə gün davam edəcək. İyul-avqust aylarında isəanomal istilər müşahidə ediləcək.

İlkin proqnozlara görə , Bakıda və Abşeron yarımadasında may ayında havanın sərin keçməsi bu ay üçün o qədər də səciyyəvi deyil. Sərin havalar isə iyunun ilk günlərinə qədər davam edəcək.

Mütəxəsislər deyir ki, may ayında sonuncu dəfə belə sərin hava 9 il əvvəl müşahidə olunub. Ümumilikdə isə iyunda temperatur iqlim normasına yaxın və bir qədər yüksək olacaq. İyun ayına nisbətən iyul və avqust aylarında isə anomal isti hava şəraitinin daha çox müşahidə ediləcəyi gözlənilir.

MilliHidrometrologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovun sözlərinə görə, son onilliklərdə yay fəslində anomal istilərin daha tez-tez baş verməsi nəinki Azərbaycanda,dünyada müşahidə edilir.