Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olundu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

APA-nın məlumatına görə, Etibar Abdullayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Aparat rəhbəri vəzifəsinə təyin edilib.

E.Abdullayev 1969-cu ildə Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa şəhərində 2 saylı orta məktəbdə alıb. Azərbaycan İqtisad Universitetinin İqtisadi və sosial idarəetmə fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1991-ci ildən başlayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daimi Yaşayış Yerlərini Məcburi Tərk etmiş şəxslərlə iş üzrə Dövlət Komitəsində, daha sonra Nazirlər Kabinetində müxtəlif məsul vəzifələrdə çalışıb.

1998-ci ildən Azərbaycan Respublikası Milli Məclis Aparatında müxtəlif vəzifələrdə dövlət qulluğunda olub. Dövlət qulluğunun baş müşaviridir. 2006-cı ildən 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyib.

AzNews.az