Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən Vüqar Allahverdiyevin cinayət işi icraata verilib. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən Vüqar Allahverdiyevin cinayət işi icraata verilib.

Dələduzluq edən məhkumun məhkəməsi başlayır

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən Vüqar Allahverdiyevin cinayət işi icraata verilib.

APA-nın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun icraatında araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası iyunun 14-nə təyin edilib.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatlarında bildirilir ki, məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işinin istintaqı zamanı Allahverdiyev Vüqar İsax oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib naməlum şəxslər vasitəsi ilə Quliyeva Kəmalə İnqilab qızından 3000 manat, Məmmədov Firdovsi Tanverdi oğlundan 2500 manat, Həsənov Namiq Məmməd oğlundan 3000 manat tələb edib almasına və eyni niyyətlə Məlikova İradə Vahab qızından tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd etməsinə, habelə cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzNews.az