Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında akademiyanın görkəmli elm adamlarının adlarını daşıyan mükafatları sahiblərinə təqdim edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında akademiyanın görkəmli elm adamlarının adlarını daşıyan mükafatları sahiblərinə təqdim edilib.

AMEA-nın Adlı mükafatları təqdim edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında akademiyanın görkəmli elm adamlarının adlarını daşıyan mükafatları sahiblərinə təqdim edilib.

APA-nın xəbərinə görə, 6 alim AMEA-nın adlı mükafatlar ilə təltif olunub.

Akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına və akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı verilir.

AzNews.az