Bu gün “Azal” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə ilə ilk dəfə olaraq Lənkərandan Moskvaya hava reysi açılıb. Bu gün “Azal” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə ilə ilk dəfə olaraq Lənkərandan Moskvaya hava reysi açılıb.

Lənkərandan Moskvaya yeni təyyarə reysi - Fotolar

Bu gün “Azal” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə ilə ilk dəfə olaraq Lənkərandan Moskvaya hava reysi açılıb.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu münasibətlə Bakı-Moskva-Lənkəran reysi ilə uçan təyyarənin Lənkəran beynəlxalq Hava limanında qarşılanma mərasimi olub. Mərasimdə iştirak edən Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev hava gəmisinin heyət üzvlərini salamlayaraq qeyd edib ki, Azərbaycanın dünya ölkələri və yaxın qonşumuz olan Rusiya ilə dostluq və əməkdaşlıq əlaqələri genişləndikcə hər iki tərəfə gediş-gəliş də çoxalır.

2008-ci ildə cənab Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Lənkəran Hava limanından indiyə qədər beynəlxalq xəttlərə yalnız Rusiya təyyarələri sərnişin daşıyıblar. Yeni hava reysi ilə isə Azalın təyyarələri işləyəcəkdir. Bu da sərnişinlərin rahatlığını təmin etməklə yanaşı cənub bölgəsində turizmin inkişafı baxımından mövcud imkanları daha da genişləndirəcəkdir.

image description image description