Bakıda 14 yaşlı qızla toya hazırlaşan şəxs həbs edildi. Bakıda 14 yaşlı qızla toya hazırlaşan şəxs həbs edildi.

14 yaşlı qızla evlənmək istəyən şəxs həbs olundu

Bakıda 14 yaşlı qızla toya hazırlaşan şəxs həbs edildi.

Bunu AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyib. Onun sözlərinə görə, 14 yaşlı gəlin həm də hamilədir:

“Hazırda biz həmin qızın sığınacağa yerləşdirilməsi istiqamətində iş aparırıq. Ola bilsin ki, bu məsələdə zorakılıq faktları var. Yoxsa oğlan həbs olunmazdı”.

Qeyd edək ki, Lerik sakini Mirtəmən Sadıqov Bakıda yetkinlik yaşına çatmamış qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsi ilə bağlı dövlət orqanlarına müraciət edib.

Bahar RÜSTƏMLİ
AzNews.az