Novruz bayramı hələ başa çatmamış paytaxt Bakının Sulutəpə qəsəbəsində əhaliyə təbii qazın verilməsində problemlər yaranıb Novruz bayramı hələ başa çatmamış paytaxt Bakının Sulutəpə qəsəbəsində əhaliyə təbii qazın verilməsində problemlər yaranıb

Bayramda əhalini qazla sınağa çəkdilər

Novruz bayramı hələ başa çatmamış paytaxt Bakının Sulutəpə qəsəbəsində əhaliyə təbii qazın verilməsində problemlər yaranıb


Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, əsasən Çiçək yaşayış massivində martın 22-dən etibarən qazın təzyiqi kəskin şəkildə aşağı düşüb:

"Havanın soyuq və küləkli keçməsi qaza olan tələbatı artırdığı bir vaxtda bayram hələ başa çatmamış qaz təzyiqi azaldılıb. Belə hal Yeni ildə də təkrarlanmışdı. Həmin bayramda da əhalinin qazla təminatında heç bir problem olmayacağı vəd edilsə də, yanvarın 2-dən etibarən qaz kəskin azalmışdı. İndi də bu təkrar olunur".
Qeyri-iş günü olduğundan sakinlər məsələ ilə bağlı müraciətlərinə cavab almadıqlarını vurğulayıblar.

Elnarə
AzNews.az