Yeni Azərbaycan Partiyası (YAP) şəhər (rayon) təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) şəhər (rayon) təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

YAP-da ümumrespublika müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) şəhər (rayon) təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov müşavirəni açaraq prezident seçkilərində göstərdikləri fəallığa görə partiya üzvlərinə təşəkkürünü bildirib.

Qeyd edib ki, seçkilər yüksək fəallıqla təşkil edilib: "Xalqımız bu seçkilərdə də prezident İlham Əliyevin siyasətini dəstəklədiyini yüksək səs çoxluğu ilə göstərdi. Növbəti 7 ildə də prezident İlham Əliyev ölkəmizə rəhbərlik edəcək və bu seçkilərdə xalqımızı bunu dəstəklədiyini göstərdi.

Seçki kampaniyasında YAP üzvləri yüksək fəallıq göstəriblər və prezident İlham Əliyev partiya üzvlərinə təşəkkürünü bildirib".

Ə.Əhmədov qeyd edib ki, bu il bir sıra əlamətdar hadisələrlə yadda qalıb: "Xalq Cümhuriyyətinin 100 illik yubileyi, hərbi paradı bura aid etmək olar. Qarşıdakı iki ildə də bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək".

image description image description