- Köhnə - Cəmiyyət
- 7 İyul 2018 18:27
- 8 173
Yazıçı Cəlil Cavanşir “Facebook”un canlı yayımında intihar edəcəyini bildirib
Yazar Cəlil Cavanşir "Facebook" sosial şəbəkəsində canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib.
APA-nın məlumatına görə, Cəlil Cavanşir bildirib ki, sosial şəbəkədəki dostlarına vida nitqi söyləyir. Bundan sonra o, sevgi,həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib.
Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.
"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin yazdığına görə, Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gəlib və qardaşını intihar cəhdindən yayındırıb.
AzNews.az