- Köhnə - Cəmiyyət
- 12 İyul 2018 12:37
- 2 929
"Gəncə hadisələrini törədən terrorçuların ən sərt şəkildə cəzalandırılacağından əminəm” - Türkiyə səfiri
“Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər növünü qəti şəkildə qınayırıq”.
Bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Türkiyənin illərdir terrordan əziyyət çəkən ölkə olduğunu vurğulayan səfir bildirib ki, bu səbəblə Türkiyə terrorun nə ilə nəticələndiyini, nə demək olduğunu yaxşı anlayır: “Gəncədəki hadisələr nəticəsində ölən iki polis əməkdaşına Allahdan rəhmət, ailələrinə, o cümlədən Azərbaycan xalqına başsağlığı diləyirəm. Azərbaycanın varlığına xələl gətirmək istəyən həmin terrorçulara qarşı ən sərt şəkildə cəza tədbirlərinin görüləcəyindən və əməllərinə görə layiqli cavab alacaqlarından əminəm”.