- Köhnə - Cəmiyyət
- 12 İyul 2018 17:34
- 4 149
Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tətbiq olunub - "Azərenerji"
“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.
AzNews.az xəbər verir ki bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, "Azərişiq” öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı metrosu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunur.
Yaranmış narahatlığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir.