Gülən hərəkatı bütün türkdilli ölkələr üçün təhlükədir - Mehmet Akarca

Gülən hərəkatı bütün türkdilli ölkələr üçün təhlükədir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca Türkiyədə 15 iyul - dövlət çevrilişinə cəhd hadisələrinin ikinci ildönümünə həsr edilən beynəlxalq konfransda deyib.

Mehmet Akarca qeyd edib ki, Gülən terror təşkiları uzun illər ərzində Türkiyədə dövlət strukturlarına yol tapmışdı.

"Türkiyədə dövlət çevrilişinə cəhd Gülən hərəkatı tərəfindən gələn təhlükənin ən bariz nümunəsidir", - deyə Akarca bildirib.

M.Akarca əlavə edib ki, terror təşkilatının üzvləri istintaq zamanı etiraf ediblər ki, hərbi çevrilişə cəhdin arxasında Türkiyənin bölünməsi dayanıb.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verib.