Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün yeni rüsumlar tətbiq ediləcək

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb.

Trend-in məlumatına görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə (Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi) “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilib.