Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayon sakinlərini qəbul edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayon sakinlərini qəbul edəcək.

Baş prokuror bu rayonda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayon sakinlərini qəbul edəcək.

AzNews.az bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Qəbul iyulun 27-də saat 10:00-da Oğuz rayon prokurorluğunun inzibati binasında keçiriləcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Oğuz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.