Keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,5 metr olacaq. Keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,5 metr olacaq.

Yeni yerüstü piyada keçidi tikilir

Keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,5 metr olacaq.

"Bakının mərkəzi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb". Bu barədə trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Mürsəliyev bildirib ki, Nərimanov rayonu Atatürk prospekti 47 ünvanında yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb.

Onun sözlərinə görə, keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,5 metr olacaq.

Ərazidə artıq bütün kommunikasiyalar köçürülüb.

Mürsəliyev deyib ki, elektrik, rabitə və su xətlərinin yeri dəyişdirilib. Onun sözlərinə görə, tikinti işləri 2013-ü ilin yay aylarında başa çatdırılacaq.

AzNews.az