İnsanların həyatında heyvanların rolu böyükdür. Heyvanlar insanlara ət və süd məhsulları verməklə bərabər, həm də insanlarla dostluq edir. İnsanların həyatında heyvanların rolu böyükdür. Heyvanlar insanlara ət və süd məhsulları verməklə bərabər, həm də insanlarla dostluq edir.

Burada it yiyəsi ilə tanış olur - Ev heyvanları bazarından FOTOLAR

İnsanların həyatında heyvanların rolu böyükdür. Heyvanlar insanlara ət və süd məhsulları verməklə bərabər, həm də insanlarla dostluq edir.

Qədim dövrlərdə insanlar heyvanlardan qorxur, onlardan qorunmaq üçün evlərini dağ yamacında və ya qayalıqda qururdular. Amma indi elə deyil, insanlar heyvanlarla bir evdə yaşayır, övladlarını belə onlara etibar edə bilirlər. Heyvanların sahiblərinə sədaqəti “Haçiko” – nun hekayəsindən bəllidir. Haçiko sahibinin öldüyünü bilmədiyi üçün 9 il müddətində hər gün onunla görüşüb birlikdə evə gəldikləri qatar stansiyasında onu gözləyir. O, 9 ilin sonunda elə həmin qatar stansiyasının qarşısında ölüb.

Aznews.az-ın müxbiri Bakıda heyvanların ən çox satıldığı bazara – Yaşıl bazara yollandı.

Bazarda durğunluq müşahidə olunurdu. Satıcıların birindən durğunluğun səbəbini soruşduq. O bildirdi ki, yay aylarında satış az olur. Satışlarda artım sentyabrdan başlayır, daha çox satış işə dekabrda olur. Həmin vaxt bazarda adam əlindən tərpənmək mümkün olmur.

Bazardakı heyvanların böyük əksəriyyətini quşlar təşkil edirdi. Daha çox sadə tutuquşuları (danışmayan) və “Korella” quş növü nəzərə çarpırdı. Quşların böyük əksəriyyəti Azərbaycanda olduğu üçün xaricdən gətirilən az sayda quş növü var. Onlardan biri olan “Jako” tutuquşu növü Afrikadan gətirilir. Bu tutuquşunun digərlərindən fərqi danışa bilməsidir. “Jako” 2000-3000 manat, “Korella” 35-50 manat, sadə tutuquşuların qiyməti isə 10-15 manat arası dəyişir.

Təlabatın daha çox hansı heyvanlara olduğunu öyrənmək üçün satıcı Elgün Mikayılova yaxınlaşdıq:

“Bazarda əsas təlabat itlərədir. Müştərilər ən çox itlərlə maraqlanır. “Golden”, “Labrador”, “Retriver” cins itləri daha çox Türkiyədən gətiririk, qalan növləri isə Azərbaycanda tapmaq mümkündür. Ən çox satılan isə “Haski” və “Pikinges”-dir. “Haski”-nin qiyməti 250-300 manat arası, “Pikinges”-in qiyməti isə 250 manatdır” .

Nigar Cəfər

image description image description image description image description image description image description image description image description image description