- Köhnə - Cəmiyyət
- 2 Avqust 2018 15:12
- 8 107
İxtisas seçimi edənlərin nəzərinə: “Bu il keçid balı yüksələcək!”

Avqustun 13-ü ali təhsil məktəblərinə ixtisas seçimi başa çatacaq.
Hazırda abituriyentlər ötən ilin keçid ballarına uyğun ixtisas seçimi edirlər. Bu ilki mümkün keçid balları haqda ekspert İlkin Həsənov AzNews.az saytına açıqlama verib.
“Keçid balları adətən imtahan nəticələrindən, müsabiqə proseslərindən sonra açıqlanır. Ehtimal var ki, bu il keçid balları qalxacaq. Belə ki, yüksək nəticə toplayan abituriyentlərin ümumi sayı çoxdur. Nəzərə alsaq ki, hər il ümumilikdə keçid balları artır, bu il də qalxma ehtimalı qaçılmazdır. İldən-ilə abituriyentlərin nəticələri daha da yüksəlir. Bu, göz qabağındadır. Ən aşağı keçid balı birinci qrupda gözlənilir. Baxmayaraq ki, bu il həmin qrupa imtahan verənlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur. Bu qrupda əsasən müəllimlik ixtisası vardır ki, onların da balı aşağıdır. Belə düşünürəm ki, bu ixtisasın balını artırmaq, qəbul yerlərini də limitli etmək lazımdır. Az adam oxusun, keyfiyyətli mütəxəssizlər yetişsin. Bu il 50 mindən çox şəxs müəllimlik üçün işə qəbula imtahan verib . Amma bu 50min müəllim üçün boş yer yoxdur. Ali təhsil müəsisələri müəllim yetişdirir, lakin təhsilin keyfiyyətini yüksəltmir. Savadlı kadr yetişdirmək lazımdır. Bunun üçün də qəbulda şərtlər yüksəldilməli, keçid balları qaldırılmalıdır. Oxumasın bir qrupda 30 nəfər, oxusun 10 nəfər. Qarşılığında keyfiyyətli kadr yetişsin. Həqiqətən müəllim işləmək istəyən tələbə, universitet oxumaq xətrinə yox, oxumaq üçün seçsin”.
Səidə NURMƏMMƏDLİ