"Mən Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırovu səmimi olmağa çağırıram. Azərbaycanda alpinizmlə məşğul olmağa heç bir məhdudiyyət qoyulmayıb. Üç alpinistin həlak olmasından sonra alpinizmlə məşğul olmağa məhdudiyyətlərin olmamasından gileylənənlərdən biri Nahid Bağırov özü idi”. "Mən Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırovu səmimi olmağa çağırıram. Azərbaycanda alpinizmlə məşğul olmağa heç bir məhdudiyyət qoyulmayıb. Üç alpinistin həlak olmasından sonra alpinizmlə məşğul olmağa məhdudiyyətlərin olmamasından gileylənənlərdən biri Nahid Bağırov özü idi”.

Hüseyn Bağırovun cavabı gecikmədi: “Nahid Bağırovu səmimi olmağa çağırıram”

"Mən Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırovu səmimi olmağa çağırıram. Azərbaycanda alpinizmlə məşğul olmağa heç bir məhdudiyyət qoyulmayıb. Üç alpinistin həlak olmasından sonra alpinizmlə məşğul olmağa məhdudiyyətlərin olmamasından gileylənənlərdən biri Nahid Bağırov özü idi”.

AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Hüseyn Bağırov qeyd edib ki, hazırda dağlara qalxmaq üçün Dövlət Sərhəd Xidmətinin icazəsi tələb olunur: “Gəlin inanaq ki, Nahid Bağırovun cəhdləri sayəsində indi bu prosedur ləğv ediləcək və biz bu münasibətlə onu təbrik edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırov bildirmişdi ki, Azərbaycanda indiyə qədər ekstremal dağ turizminin inkişaf etməməsində Ekologiya Nazirliyinin əvvəlki rəhbərliyi günahkardır.

"Dünyanın heç yerində turizmin bu növü üçün icazə sənədləri tələb olunmur, yalnız Ekologiya Nazirliyinin əvvəlki rəhbərliyi belə nou-hau tətbiq etmişdi. İndi biz qurumun yeni rəhbərliyi ilə bu məsələni yoluna qoymaq üçün işləyirik. Avropada özümüzü reklam imkanlarından da istifadə etməyə başlayacağıq", - deyə N.Bağırov qeyd etmişdi.

AzNews.az