Temperatur yenidən yüksələcək - Yay "qayıdır"

Azərbaycanın bəzi ərazilərində havanın maksimal temperaturu 35 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Trend-ə deyib ki, avqustun 21-dən 24-dək Bakıda və Abşeron yarımadasında şimal küləyi zəifləyəcək və mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.