NAXÇIVAN MUXTAR RESPUBLİKASI TÜRKİYƏ VAXTINA KEÇİR NAXÇIVAN MUXTAR RESPUBLİKASI TÜRKİYƏ VAXTINA KEÇİR

Vasif Talıbovdan “saat islahatı” - EKSKLUZİV

NAXÇIVAN MUXTAR RESPUBLİKASI TÜRKİYƏ VAXTINA KEÇİR



Naxçıvan Muxtar Respublikası Ali Məclisində "2012-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək 2012-ci ildə də muxtar respublikada Ümumi Daxili Məhsulun həcmində artımından, sənaye və digər istehsal sahələrinin inkişafına diqqətdən danışıb, tapşırıq və tövsiyələrini verib.

Amma sözügedən müşavirəylə bağlı ən maraqlı məqam müşavirədən sonra yaşanıb. Talıbov dar dairədə bəyan edib ki, Naxçıvan Ali Məclisinin ilk iclasındaca muxtar respublikada saat əqrəblərinin iki saat geriyə çəkilməsi müzakirəyə çıxarılsın.

Talıbov Bakıdan çox qonşu Türkiyəylə iqtisadi əlaqələrin önəminə diqqət yetirib və bildirib ki, Türkiyə ilə iki saat fərq bəzi çətinlklər yaradır.

Əldə etdiyimiz məlumata görə, bu barədə iş adamlarının adından bir neçə deputat təklif irəli sürəcək və daha sonra qərar yekdilliklə qəbul ediləcək.

Muxtar Respublikada saatların geriyə çəkilməsi məsələsinin rəsmi Bakıyla razılaşdırılması haqda isə hər hansı məlumat yoxdur.

Azər
AzNews.az